“Barsa”dan səfər qələbəsi
04.05.2025 - 00:57
“Barsa”dan səfər qələbəsi

İspaniya La Liqasında XXXIV turun daha 2 oyunu keçirilib.

Apasport.az xəbər verir ki, lider "Barselona" səfərdə autsayder "Real Valyadolid"lə qarşılaşıb.

Birinci hissədən sonra kataloniyalılar "Valyadolid"ə 0:1 hesabı ilə uduzublar. Baş məşqçi Hans-Diter Flikin əvəzetmələri ikinci hissədə öz bəhrəsini verib. Rafinya və Fermin Lopes fərqlənərək, "Barselona"ya 3 xal qazandırıblar.

Qeyd edək ki, bu qələbədən sonra lider ən yaxın izləyicisi "Real Madrid"lə xal fərqini 7-yə yüksəldib. 

İspaniya La Liqası
XXXIV tur

20:30. "Las Palmas" – "Valensiya" - 2:3
23:00. "Valyadolid" – "Barselona" - 1:2