“Brayton”dan heç-heçə, “Kristal Pelas” qələbə qazandı
07.12.2025 - 22:25
“Brayton”dan heç-heçə, “Kristal Pelas” qələbə qazandı

İngiltərə Premyer Liqasında XV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Brayton" öz meydanında "Vest Hem"lə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Turun digər görüşündə isə "Fulhem" evdə "Kristal Pelas"a 1:2 hesabı ilə məğlub olub.