Bundesliqa: “Ayntraxt” “Ştutqart”ı məğlub etdi
30.03.2025 - 00:26
Bundesliqa: “Ayntraxt” “Ştutqart”ı məğlub etdi

Almaniya Bundesliqasında XXVII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, gecənin son matçında "Ayntraxt" öz meydanında "Ştutqart"ı qəbul edib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Mario Götzenin 70-ci dəqiqədə vurduğu qol ev sahiblərinə 3 xal qazandırıb - 1:0.

Almaniya Bundesliqası
XXVII tur

21:30. “Ayntraxt” - “Ştutqart” - 1:0