Bundesliqa: “Bavariya” 3 xalı 3 qolla qazandı
15.01.2026 - 01:35
Bundesliqa: “Bavariya” 3 xalı 3 qolla qazandı

Almaniya Bundesliqasında XVII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Volfsburq" öz meydanında "Sent Pauli" ilə üz-üzə gəlib.

Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lider "Bavariya" da bu turu qələbə iləbaşa vurub. Bavyera təmsilçisi səfərdə "Köln"ü 3:1 hesabı ilə məğlub edib.

Almaniya Bundesliqası
XVII tur
21:30. "Volfsburq" - "Sent Pauli" - 2:1
23:30. "Köln" - "Bavariya" - 1:3
23:30. "Leypsiq" - "Frayburq" - 2:0
23:30. "Hoffenhaym" - "Borussiya Mönhenqladbax" - 5:1