Bundesliqa: “Dortmund”dan inamlı qələbə
07.12.2025 - 22:57
Bundesliqa: “Dortmund”dan inamlı qələbə

Almaniya Bundesliqasında XIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Hamburq" öz meydanında "Verder"i qəbul edib.

Azarkeşlər gərgin keçən qarşılaşmada 5 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Borussiya Dortmund" isə "Hoffenhaym" səddini 2 cavabsız qolla keçib - 2:0.