La Liqa: “Atletiko”dan kritik xal itkisi
29.03.2025 - 22:37

İspaniya La Liqasında XXIX tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Real Soseydad" "Real Valyadolid"lə qarşılaşıb.
3 qolun vurulduğu matçda ev sahibləri 2:1 hesabı ilə qalib gəlməyi bacarıb.
Turun digər matçında "Espanyol" öz meydanında "Atletiko Madrid"lə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İspaniya La Liqası
XXIX tur
17:00. “Real Sosyedad” - “Real Valyadolid” - 2:1
19:15. “Espanyol” - “Atletiko Madrid” - 1:1
0
0