La Liqa: “Barsa” və “Atletiko” turu qələbə ilə başa vurub
25.01.2026 - 22:12
La Liqa: “Barsa” və “Atletiko” turu qələbə ilə başa vurub

İspaniya La Liqasında XXI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Atletiko” doğma meydanda “Malyorka”nı qəbul edib.

Madrid təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Turun digər oyununda isə “Barselona” autsayder “Real Ovyedo” ilə qarşılaşıb. Kataloniyalılar bu görüşdə 3:0 hesablı qələbə qazanıb.