La Liqa: “Rayo Valyekano” qələbə qazanıb
03.05.2025 - 01:26

İspaniya La Liqasında XXXIV tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün 1 matçla yadda qalıb.
"Rayo Valyekano" öz meydanında "Xetafe" ilə qarşılaşıb. 7-ci dəqiqədə vurulan bir qol oyunun taleyini müəyyənləşdirib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniya La Liqası
XXXIV tur
23:00. “Rayo Valyekano” - “Xetafe” - 1:0
0
0