"Liverpul" addım-addım çempionluğa doğru
21.04.2025 - 01:18
"Liverpul" addım-addım çempionluğa doğru

Futbol üzrə İngiltərə Premyer Liqasında çempionun adı bəlli olmaq üzrədir. 

Apasport.az xəbər verir ki, 33-cü turda lider "Liverpul" səfərdə "Lester Siti"nin qonağı olub.

Çempionluq yolunda kritik matçda səhv etməyən Mersisaydlılar səfərdən 3 xalla qayıtmağı bacarıb: 1:0.

Beləliklə, xallarının sayını 79-a yüksəldən "Liverpul" önümüzdəki həftə "Tottenhem"i məğlub edəcəyi təqdirdə çempionluğunu vaxtından tez rəsmiləşdirəcək.

"Lester Siti" isə bu məğlubiyyətlə 18 xalda, 19-cu pillədə qalıb və "Çempionşip"in qapısını ardına qədər açıb.