Cüdoçularımız dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB
20.11.2026 - 12:21
Cüdoçularımız dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üç üzvü mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russunu, 1/16 finalda isə özbəkistanlı rəqibini məğlub edərək 1/8 finala yüksəlib.

Bu mərhələdə rusiyalı Yaroslav Bunakova uduzaraq yarışla vidalaşıb.

Eyni çəkidə mübarizə aparan Cəsur İbadlı 1/32 finalda küveytli Anas Buqammazı üstələyərək 1/16 finala vəsiqə qazanıb. Lakin bu mərhələdə Tacikistan təmsilçisi Amincon Abducalilzodaya məğlub olub.

Qızların yarışında 63 kq çəki dərəcəsində çıxış edən Hanna Zaytseva 1/16 finalda gürcüstanlı Mariam Natelauriyə qalib gələrək 1/8 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə Fransa təmsilçisi Manon Agati-Aluaşa uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, mundialın ilk yarış günündə Məhəmməd Musayev (66 kq) bürünc medal qazanıb.