Mançester derbisində sülh
06.04.2025 - 21:22
Mançester derbisində sülh

İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, turun mərkəzi matçında Mançester şəhərinin təmsilçiləri üz-üzə gəlib.

"Mançester Yunayted" öz meydanında "Mançester Siti" ilə qarşılaşıb.

Gərgin keçən oyunda qol səsi çıxmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
XXXI tur

19:30. “Mançester Yunayted” - “Mançester Siti” - 0:0