İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Liverpul” doğma meydanda “Mançester Siti”ni qəbul edib.
“Enfild” stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmsilçisi prinsipial rəqibini səfərdə məğlub edərək üç xalı aktivinə yazdırıb.
Günün digər qarşılaşmasında “Kristal Pelas” “Nottingem Forest”lə üz-üzə gəlib. London təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
“Hull Siti” isə öz meydanında “Everton”u qəbul edib. Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, “Mançester Siti” keçirdiyi 6 oyunun hamısında qalib gələrək 18 xalla turnir cədvəlinə başçılıq edir. “Liverpul” isə 9 xalla 9-cu pillədə qərarlaşıb.