Niderlandda sürpriz çempion
21.04.2025 - 23:44
Niderlandda sürpriz çempion

Niderland kubokunda 2024/25 mövsümünə yekun vurulub. 

Apasport.az xəbər verir ki, bu gün turnirin final matçı keçirilib.

Həlledici oyunda "Alkmaar" və "Qou Ehed İqlz" komandaları üz-üzə gəliblər.

Yarışın qalibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan "Qou Ehed İqlz" tarixində ilk titula sahib çıxıb.

Bu qələbə "Qou Ehed İqlz"i Avropa Liqasına yüksəldib.

Niderland kuboku
Final

20:00. "Alkmaar" - "Qou Ehed İqlz" - 1:1, pen. 2:4