"Real" təslim olmur: Kritik 3 xal
21.04.2025 - 00:56

Futbol üzrə İspaniya çempionatında XXXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Real" doğma meydanda "Atletik"i qəbul edib.
Görüşün taleyini 1 qol həll edib.
Matçın uzatma dəqiqələrində Fede Valverde möhtəşəm qolla komandasına qələbə qazandırıb: 1:0.
Bu qələbədən sonra xallarının sayını 69-a yüksəldən "kral klubu" lider "Barselona"nın 4 xal gerisində, 2-ci pillədə qərarlaşıb.
0
0