“Real”dan çətin qələbə
14.04.2025 - 08:00
“Real”dan çətin qələbə

İspaniya La Liqasında XXXI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Real Betis" öz meydanında "Vilyareal"la qarşılaşıb.

Oyunda hesabı ev sahibləri açsalar da, qonaqlar geridən gələrək rəqibi üzərində 2:1 hesablı əzmkar qələbəyə seviniblər.

Madrid “Real”ı “Alaves” səfərindən 3 xalla qayıdıb. 

Turun digər matçında isə "Atletik" "Rayo Valyekano"nu 3:1 hesabı ilə məğlub edib.

İspaniya La Liqası
XXXI tur

"Osasuna" – "Jirona" 2:1

Qollar: A.Budimir, 38, P.İbanez, 79 – Y.Asprilla, 90+6

"Alaves" – "Real Madrid" 0:1

Qol: E.Kamavinqa, 34

"Betis" – "Vilyarreal" 1:2

Qollar: A.Ruibal, 3 – T.Barri, 26, A.Perez, 48

"Atletik" – "Rayo Valyekano" 3:1

Qollar: O.Sanset, 58 (pen.), 90+4, N.Uilyams, 80 – P.Siss, 37