Ronaldo dubl etdi, “Əl-Nəsr” qələbə qazandı
13.04.2025 - 00:04
Ronaldo dubl etdi, “Əl-Nəsr” qələbə qazandı

Səudiyyə Ərəbistanı çempionatında XXVII turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, “Əl-Nəsr” öz meydanında "Əl-Riyad"la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ronaldo bu matçda dubl etməklə karyerasının 932 və 933-cü qollarını vurub.

 

Qeyd edək ki, “Əl-Nəsr” çempionatın geridə qalan XXVII turundan sonra 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.