Super Liqa: “Fənərbaxça” 3 xalı 4 qolla qazandı
23.08.2026 - 00:31
Super Liqa: “Fənərbaxça” 3 xalı 4 qolla qazandı

Türkiyə Super Liqasında II turun matçları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

"Samsunspor" "Rizəspor"u, "Kasımpaşa" isə "Çorum"u səfərdə məğlub edib - 2:0, 1:0.

Günün son matçı İstanbulda baş tutub. "Fənərbaxça" öz meydanında "Konyaspor"u qəbul edib. Gərgin keçən qarşılaşmada azarkeşlər 6 qola şahidlik ediblər. Görüş "sarı-lacivərdlilər"in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura avqustun 24-ü yekun vurulacaq.