Super Liqa: “Sivasspor”dan darmadağın
29.03.2025 - 19:51

Türkiyə Super Liqasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Sivasspor" öz meydanında aşağı liqaya düşməyi dəqiqləşən "Adana Dəmirspor"u qəbul edib.
6 qolun vurulduğu oyunda ev sahibləri autsayderi 5:1 hesabı ilə darmadağın edib.
Turun digər matçında "Kasımpaşa" səfərdə "Samsunspor"u 2 cavabsız qolla məğlub etməyi bacarıb.
Türkiyə Super Liqası
XXIX tur
14:30. "Sivasspor" - "Adana Dəmirspor" - 5:1
17:00. "Samsunspor" - "Kasımpaşa" - 0:2
17:00. "Trabzonspor" - "Göztəpə" - 1:1
0
0