“Yunayted”dən erkən vida, “Aston Villa” növbəti mərhələdə
17.09.2026 - 02:08
İngiltərə EFL Kubokunda III turun matçları keçirilib.
Apasport.az xəbər verir ki, növbəti oyun günündə dörd matç keçirilib.
"Everton" "Vulverhempton"la qarşılaşıb. Görüş Liverpul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
"Flitvud" "Şefild Yunayted"lə üz-üzə gəlib. Matç Lankaşir klubunun minimal hesablı qalibiyyəti ilə nəticələnib.
"Koventri" isə "Aston Villa"nı qəbul edib. Qonaqlar 3:1 hesabı ilə növbəti mərhələyə yüksəlib.
Günün mərkəzi oyunu Mançesterdə keçirilib. "Yunayted" "Brayton"u qonaq edib. Qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.
0
0