Ülviyyə Fətəliyevadan heç-heçə
23.04.2024 - 23:00
Ülviyyə Fətəliyevadan heç-heçə

Qadın şahmatçılar arasında Avropa çempionatında V turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

İlk 4 turda maksimum nəticə qazanan Ülviyyə Fətəliyeva ilk dəfə xal itirib. Onun kimi maksimum nəticə göstərən Marta Qarsia ilə partiya heç-heçə başa çatıb. O, ilk pillədə qərarlaşıb.

Günay Məmmədzadə, Səbina İbrahimova və Nərmin Abdinova turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə 4 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətlə tamamlayıblar.

Qeyd edək ki, Avropa çempionatında 150 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar
V tur, 23 aprel

Marta Qarsia (İspaniya) – Ülviyyə Fətəliyeva – 0,5:0,5
Mitra Hejazepur (Fransa) – Gövhər Beydullayeva – 0,5:0,5
Yulianna Turbe (Macarıstan) – Gülnar Məmmədova – 0,5:0,5
Günay Məmmədzadə – Elvira Berend (Lüksemburq) – 1:0
Xanım Balacayeva – Katarzina Toma (İngiltərə) – 1:0
Ayan Allahverdiyeva – Mixalina Rudzinska (Polşa) - 0:1
Yolanta Zavadska (Polşa) – Səbina İbrahimova – 0:1
Hanna Klek (Almaniya) – Səbina Rzalı – 1:0
Ləman Hacıyeva – Georgia Qrapsa (Yunanıstan) – 0,5:0,5
Nərmin Abdinova – Vasiliki Aleksandri (Yunanıstan) – 1:0

Xal durumu: 1. Ülviyyə Fətəliyeva – 4,5, 12. Gövhər Bəydullayeva - 4, 22. Günay Məmmədzadə - 3,5, 26. Xanım Balacayeva - 3,5, 39. Səbinə İbrahimova - 3,5, 40. Gülnar Məmmədova - 3,5, 85. Səbina Rzalı - 2,5, 86. Ayan Allahverdiyeva - 2,5, 102. Nərmin Abdinova – 2,5, 130. Ləman Hacıyeva – 2 xal.

0