Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak edəcək.
Apasport.az xəbər verir ki, yığmanın heyətində 7 taekvondoçu yer alıb.
Məşqçilər Zahid Məmmədovla Sun Mi Parkın rəhbərlik etdiyi yığmada İlyas Hətəmli (48 kq), Ziya Həsənli (55 kq), Vasif Səlimov (63 kq), Elcan Əliyev (+73 kq), Gülü Zamanlı (44 kq), Nilufər Borci (49 kq) və Fatimə Həsənova (63 kq) qələbə uğrunda mübarizə aparacaq.
Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev isə turnirdə ədaləti qoruyacaq.
Qeyd edək ki, Yakutsk şəhərində taekvondo yarışları iyunun 27-28-də olacaq. Gənclərdən ibarət komandamız iyunun 30-da Bakıya qayıdacaq.
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal