Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev, baş katibi Aygül Abdullayeva, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin mütəxəssisi Fariz Hümbətli, eləcə də federasiyanın İdarə Heyətinin üzvləri və nümayəndələri iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik və idman siyasətinin əhəmiyyəti, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə idmanın inkişafı və gənclərin milli ruhda tərbiyəsi xüsusi vurğulanıb.
Tədbir "Konstitusiya və Suverenlik İli" çərçivəsində federasiyanın üzərinə düşən məsuliyyətlərin önə çəkilməsi ilə yadda qalıb.
Qeyd olunub ki, taekvondo dövlətçilik prinsiplərinə uyğun olaraq gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayır və idmançılarımız beynəlxalq arenada Azərbaycanın suverenliyini layiqincə təmsil edirlər.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar