Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qitə çempionatının üçüncü günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İmaməddin Xəlilov 1/4 finalda polşalı Labedzki Przemyslaw, yarımfinalda isə gürcüstanlı Giorgi Nikoladze üzərində qələbə qazanaraq finala yüksəlib.
Finalda türkiyəli Yusuf Yünaçtıya məğlub olan Xəlilov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl parataekvondoçumuz Sabir Zeynalov (58 kq) qitə çempionatında gümüş medala layiq görülmüşdü.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar