Azərbaycan millisindən daha 2 medal
28.06.2024 - 19:29
Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan millisi daha 2 medal qazanıb.
Apasport.az xəbər verir ki, taekvondoçularımızdan Elcan Əliyev (73 kq) qızıl, Nilufer Borji (49 kq) bürünc mükafat qazanıblar.
Bununla da taekvondo üzrə milli komanda yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.
Azərbaycan yığmamız isə ümumi hesabda aktivindəki mükafat sayını 9-a yüksəldib. Daha öncə idmançılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medala yiyələnib.
- Azərbaycan taekvondoçuları Batumidə 22 medal qazanıb
- Parataekvondoçularımızın yeni reytinqdə mövqeləri açıqlanıb
- Parataekvondoçumuz beynəlxalq turnirin finalında
- Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
1
0