Azərbaycan Taekvondo Federasiyası tərəfindən deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətinin təqdimatı keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə ATF-in baş katibi Aygül Abdullayeva tərəfindən Elmir Fərəcov komandanın baş məşqçisi, Rauf Rəhimov isə böyük məşqçi kimi rəsmi şəkildə idmançılara təqdim olunub.
Görüşdən sonra deflimpiya üzrə milli komandanın ilk rəsmi məşqi keçirilib. Yeni məşqçi heyətinin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi komandada böyük ruh yüksəkliyi yaradıb.
Qeyd edək ki, bu təyinatlar deflimpiya yığmasının qarşıdakı beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlaşmasına xidmət edəcək.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar