Gimnaziadaya yollanan taekvondoçularla görüş keçirilib
04.04.2025 - 16:34
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Gimnaziada İdman Oyunlarına yola düşən milli komandanın üzvləri ilə görüşüblər.
Apasport.az xəbər verir ki, yığmanın yarışa hazırlığı ilə maraqlanan ATF rəsmiləri aprelin 4-dən 14-dək Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçulara uğurlar arzulayıb, qələbə qazanacaqlarına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan sözügedən oyunlarda 18 idman növündə 191 idmançı ilə təmsil olunacaq.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0