
Azərbaycanın beş taekvondoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, bunlar kişilərdə Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədovadır (53 kq).
Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində gerçəkləşən yarışda altı taekvondoçu bürünc medalın sahibi olublar.
Kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) yarışı bürünc mükafatla başa vurublar.