III MDB Oyunları: Daha bir taekvondoçumuz qızıl medal qazanıb
29.09.2025 - 18:01
III MDB Oyunları: Daha bir taekvondoçumuz qızıl medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu III MDB Oyunlarında ilk qızıl medalı qazanıb.

Apasport.az xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində taekvondo turnirinin finalı keçirilib.

Həlledici qarşılaşmada 46 kq çəki dərəcəsində çıxış edən Humay Dadaşova rəqibini məğlub edərək çempion olub.

Bu qələbə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qazanılan ikinci qızıl medal kimi tarixə düşüb.