İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO
16.11.2025 - 19:26
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov üçüncülük uğrunda mübarizədə Kot-d'İvuarlı Issa Diakite ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdmançımız bu nəticə ilə bürünc medala sahib çıxıb.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0