Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
25.03.2026 - 21:21
Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində yeniyetmə parataekvondoçumuz Səmayə Həsənova bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında 47 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda Medine Cin (Türkiyə), 1/4 finalda isə Gül Ekincini (Türkiyə) məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinaladək irəliləyən idmançımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran beynəlxalq turniri bürünc medalla başa vurub.
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
- Azərbaycanın taekvondo millisi Özbəkistandakı təlim-məşq toplanışını başa vurub
- Taekvondo üzrə "Demo team" üçün açıq məşq təşkil olunub
0
0