Parataekvondoçumuz Türkiyədə bürünc qazanıb
08.02.2025 - 23:19
Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, bu barər Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlama yayıb.
Orxan ölkəmizi K44 kateqoriyasında təmsil edib. 1/8 finaldan mübarizəyə start verən Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərinə qalib gəlib. Yarımfinalda uduzan idmançıməz turniri 3-cü pillədə başa vurub.
Qeyd edək ki, yarış Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0