Pumse üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
30.07.2025 - 16:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda pumse üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb.
İdmançılar aşağıdakı yaş kateqoriyaları üzrə fərdi və üçlük proqramında mübarizəyə qoşulacaqlar:
12–14 yaş (2011–2013)
15–17 yaş (2008–2010)
18–30 yaş (1995–2007)
Qeyd edək ki, yarışlar sentyabrın 1-i və 2-də baş tutacaq.
0
0