Taekvondo millimizdən 3 medal
22.09.2025 - 11:04
Taekvondo millimizdən 3 medal

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri 20-21 sentyabr tarixlərində Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində çıxış ediblər.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıblar.

Komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Millimizin üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.