Taekvondoçularımız Albaniyada 5 medal qazanıblar
11.11.2024 - 17:36
Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Apasport.az xəbər verir ki, yığma üzvlərindən Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şahin Abdullayevlə (48 kq) Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal əldə edib.
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
- Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib
- Azərbaycan Taekvondo Federasiyası məşqçilər üçün seminar təşkil edib
0
0