Taekvondoçularımız beynəlxalq turniri 3 medalla başa vurublar - FOTO
04.08.2025 - 15:58
Taekvondoçularımız beynəlxalq turniri 3 medalla başa vurublar - FOTO

Gürcüstanda taekvondo üzrə açıq Batumi beynəlxalq turniri keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışı 3 medalla başa vurublar.

“İrəvan”ın taekvondoçularından Dərya Hüseynova (27 kq) və Aydan Hüseynova (33 kq) kiçiklər arasında qızıl, Xəzər Salahlı (53 kq) yeniyetmələr arasında bürünc mükafata sahib olub.

Qeyd edək ki, qızıl medal qazanan bacılar Dərya və Aydan Hüseynovalar 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı Elbrus Hüseynovun övladlarıdır. Dərya ötən il Albaniyanın paytaxtı Tiranada keçirilən kiçiklər arasında Avropa birinciliyində 24 kq çəkidə çempion olaraq Azərbaycanın bayrağını ucaldıb.