Taekvondoçularımız Prezident Kubokunda 3 medal qazanıblar
16.05.2025 - 23:55
Bolqarıstanın Sofiya şəhərində taekvondo üzrə keçirilən G3 kateqoriyalı Prezident Kuboku turniri keçirilib.
Apasport.az xəbər verir ki, gənc taekvondoçularımız 1 qızıl, 2 bürünc medal qazanıblar.
Komandamızın heyətində ən yüksək nəticəyə Elcan Əliyev imza atıb. O, bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən pilləsində yer alıb.
Yunis Hüseynovlə Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0