
Azərbaycan taekvondoçuları Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident Kubokunu 12 medalla başa vurublar.
Apasport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət milli 5 medal qazanıb.
Komandanın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) üçüncü yeri tutublar.
Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
- Azərbaycanlı referi ən yaxşı adına layiq görülüb
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- Azərbaycanlı taekvondo hakimi Niderlandda fərqləndirilib
- Beynəlxalq dərəcəli referilərimiz Qazaxıstandakı açıq çempionatda hakimlik edəcək
- Taekvondoçularımız Niderlandda keçirilən yarışda 16 medal qazanıblar