
Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev Avropa çempionatını bürünc medalla başa vurub.
Apasport.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyindən taekvondoçumuz bürünc medala yiyələnib.
Qeyd edək ki, Ağayevdən öncə Qaşım Maqomedov (58 kq) da 3-cü yeri tutub.
- Azərbaycanlı referi ən yaxşı adına layiq görülüb
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- Azərbaycanlı taekvondo hakimi Niderlandda fərqləndirilib
- Beynəlxalq dərəcəli referilərimiz Qazaxıstandakı açıq çempionatda hakimlik edəcək
- Taekvondoçularımız Niderlandda keçirilən yarışda 16 medal qazanıblar