Taekvondoçumuz dünya reytinqindəki yerini qoruyub
08.02.2025 - 11:26
Dünya Taekvondosunun yanvar ayı üçün reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb.
58 kq çəkidə çıxış edən idmançımız ötən siyahıdakı mövqeyini qoruyub. Qaşımın hesabında 120,00 xal var.
Qeyd edək ki, bu çəkidə Cənubi Koreya təmsilçisi Tae-Jun Park 200,00 xalla birinci sırada qərarlaşıb.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0