Karlos Alkaras yenidən dünyanın 1 nömrəli tennisçisi olacaq.
Apasport.az saytı xəbər verir ki, ispaniyalı tennisçi London turnirindəki qələbədən sonra bu hüququ əldə edib.
Alkaras “Queen’s Club” turnirinin finalında Aleks de Minuara qalib gəlib. O, hər iki seti 6:4 hesabı ilə öz xeyrinə başa vurub. Bu, ispaniyalı idmançının ot örtüklü kortlarda ilk qələbəsi olub. Karlos 2023-cü ildə 5-ci qələbəsini qazanaraq, rusiyalı tennisçi Daniil Medvedyevlə eyni nəticəyə imza atıb.
Qeyd edək, Alkaras 2023-cü ilə reytinq cədvəlinin 1-ci pilləsində başlasa da, sonradan mövqeyini itirmiş və Novak Cokoviç lider mövqeyinə yüksəlmişdi.
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi