Novak Cokoviç Uimbildon tennis turnirinin finalına yüksəlib.
Apasport.az saytı xəbər verir ki, serbiyalı tennisçi Böyük Britaniyada 9-cu dəfə bu şansı qazanıb.
Cokoviç yarımfinalda italiyalı Yannik Sinnerə qalib gəlib. O, rəqibindən hər üç setdə üstün olub – 6:3, 6:4, 7:6. Serbiyalı raketka ustası “Böyük Dəbilqə” yarışlarında 35-ci dəfə finalda oynayacaq. Bu, kişi və qadın tennisçilər arasında mütləq rekorddur. Amerikalı Kris Evert 34, onun həmyerlisi Serena Uilyams isə 33 dəfə həlledici matçda mübarizə aparıblar.
Qeyd edək ki, Novakın Uimbildonda 7 qələbəsi var. O, 8 finaldan yalnız birində - 2013-cü ildə britaniyalı Endi Marreyə uduzub. Cokoviç Londonda son dörd yarışda çempion tituluna yiyələnib.
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi