Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib
06.05.2025 - 14:56
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa Tennis Turnirlərində 14-16 yaşlı idmançıların mübarizəsinə start verilib.
Apasport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkədən 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir.
Yerli idmançılarımızdan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparır.
Qeyd edək ki, bu yaş kateqoriyasında yarışa mayın 10-da yekun vurulacaq.
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
0
0