Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışına qatılacaqlar.
Apasport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamızın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər.
İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALENTS” topanışında iştirak edəcəklər. Stolüstü tennisçilər toplanışın ardınca, avqustun 23-də Fransanın Şiltiqheym şəhərində startı veriləcək “Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə də qatılmışdı.
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb