Paris-2024: Cokoviç Olimpiadanın qalibi olub
04.08.2024 - 19:46
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, serbiyalı Novak Cokoviç olimpiya çempionu adını qazanıb.
Finalda serbiyalı məşhur tennisçinin rəqibi ispaniyalı Karlos Alkaras olub. Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 37 yaşlı raketka ustası "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibidir.
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb
1
0