Sobolenko kortda evlilik təklifi aldı: Cavab özünü gözlətmədi
25.01.2023 - 11:19
Tennis üzrə Avstraliya açıq çempionatında maraqlı hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, dünyanın 5-ci raketkası Arina Sobolenko oyun zamanı evlilik təklifi alıb.
Hadisə 1/4 final zamanı baş verib. 25 yaşlı belaruslu Donna Vekiçlə qarşılaşma bitən kimi kortda müsahibə verib. Həmin an tribunadakı kişi “Arina, mənə gələrsən?” qışqırıb.
Özünü itirməyən Sobolenko təklifi cavabsız qoymayıb: “Gəl, bunu sonra müzakirə edək”.
Qeyd edək ki, Arina bu görüşdə 6:3, 6:2 hesablı qələbə qazanıb.
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb
0
0