Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
08.06.2026 - 15:46
Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb

Kişilərdən ibarət Azərbaycan tennis yığma komandası “Davis Cup” turnirində iştirak etmək üçün Moldovanın Kişinyov şəhərinə yola düşüb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Tennis Federasiyası məlumat yayıb.

Bildirilir ki, komandaya Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflı və koordinator Yalçın Manaflı rəhbərlik edirlər. Turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Qeyd edək ki, tennisçilərimiz “Davis Cup” turnirinin üçüncü qrupunda mübarizə aparacaqlar. Yarış 10-13 iyun tarixlərində Moldovada keçiriləcək.