"Abşeron" seriyanı davam etdirdi, "Azərreyl"dən sensasiya
11.02.2022 - 20:12
"Abşeron" seriyanı davam etdirdi, "Azərreyl"dən sensasiya

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, VI tur çərçivəsində iki matç baş tutub.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub. Çempionatın lideri “Abşeron” “Murov”la görüşüb. Xal itkisi ilə üzləşməyən nominal meydan sahibləri bu dəfə matçı üç setdə bitirə bilməyib. Buna baxmayaraq, komanda qələbə seriyasını davam etdirib.

Son iki turda rəqiblərini üstələyərək ikincilik mübarizəsi aparan “Murov”un gücü yalnız bir set qazanmağa çatıb.

İkinci sırada qərarlaşan “Azərreyl” isə autsayderi sınağa çəkib. UNEC-lə görüşən ölkə voleybolunun flaqmanı sensasiyalı şəkildə rəqibinə uduzub. Gərgin keçən mübarizəni UNEC 3:2 hesablı qələbə ilə tamamlayıb.

Super Liqa
VI tur
11 fevral
16:00. “Abşeron” –“Murov” - 3:1 (25:21, 16:25, 25:20, 25:21)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Azərreyl” – UNEC - 2:3 (27:29, 25:14, 23:25, 25:16, 12:15)
Azərbaycan Voleybol Federasiyasının idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

6

6

0

18-3

512-388

18

2

Azərreyl

6

2

4

11-13

531-518

8

3

Murov

6

2

4

9-14

493-505

6

4

UNEC

6

2

4

8-16

430-555

4

 

0