“Abşeron” yenə qalib gəldi - "Azərreyl"dən növbəti qələbə
25.02.2022 - 20:34
“Abşeron” yenə qalib gəldi - "Azərreyl"dən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IX turun oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Öncə meydana “Murov” və “Abşeron” komandaları çıxıb. Məğlubiyyətsiz irəliləyən Eldar Yusubovun yetirmələri bu dueldən də qalib ayrılıb.

Ardınca UNEC-lə “ Azərreyl” üz-üzə gəlib. "Dəmiryolçular" görüşdən 3 xalla ayrılıblar. 

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmır.

Super Liqa
IX tur
25 fevral
16:00. “Murov” - “Abşeron” – 0:3 (17:25, 26:28, 20:25)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. UNEC - “Azərreyl” - 1:3 (18:25, 25:18, 22:25, 13:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

8

8

0

24-3

665-498

24

2

Azərreyl

8

4

4

17-15

715-682

14

3

Murov

8

2

6

10-20

642-674

6

4

UNEC

8

2

6

9-22

555-723

4

 

0