"Azərreyl" autsayderə uduzdu - “Abşeron” liderliyini möhkəmlətdi
01.02.2022 - 20:24
"Azərreyl" autsayderə uduzdu - “Abşeron” liderliyini möhkəmlətdi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunlarına start verilib. 

Apasport.az saytının məlumatına görə, ölkə çempionatının IV turunun ilk görüşündə “Murov” “Azərreyl”i sınağa çəkib.

Gərgin keçən qarşılaşmada sensasiya qeydə alınıb. “Dəmiryolçular” gözlənilmədən autsayder “Murov”a məğlub olublar. 

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan matçın ardınca UNEC–lə “Abşeron” üz-üzə gəlib. İlk seti UNEC öndə tamamlasa da, lider “Abşeron” ardıcıl 4-cü qələbəsini qazanaraq, zirvədəki mövqeyini möhkəmlədib.

Super Liqa
1 fevral
IV tur
16:00. “Murov” - “Azərreyl” – 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14)
18:00. UNEC – “Abşeron” - 1:3 (25:23, 12:25, 18:25, 7:25)

N

K

O

Q

M

S

T

X

1

Abşeron

4

4

0

12-1

324-224

12

2

Azərreyl

4

2

2

8-7

342-322

7

3

Murov

4

1

3

5-12

331-359

3

4

UNEC

4

1

3

5-11

276-368

2

 

0