“Azərreyl” üçün növbəti sınaq
16.02.2022 - 11:25
“Azərreyl” üçün növbəti sınaq

Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, fevralın 17-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da “Neftçi” -  “Murov” görüşü ilə başlayacaq.

Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Fevralın 18-də isə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC duelinə start veriləcək.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
 

0